“Apple” şirkəti yeni “iPhone Xs” və “Xs Max” smartfonlarını təqdim edib

13 Sentyabr 2018 - 10:06 | Maraqlı məlumatlar
“Apple” şirkəti yeni “iPhone Xs” və “Xs Max” smartfonlarını təqdim edib

Sentyabrın 12-də “Apple” şirkəti yeni “iPhone Xs” və “Xs Max” modellərini təqdim edib. Təqdimat mərasimini “YouTube” xidməti vasitəsilə canlı izləmək mümkün idi.

“iPhone Xs”smartfonunun ekran diaqonalı 5,8 düym “iPhone Xs Max”ın isə 6,5 düym təşkil edir. Yeni qadcetlər “Face ID” – sahiblərinin sifətinin tanınması sistemini dəstəkləyəcək və yeni “A12 Bionic” prosessoru ilə işləyəcək. Maksimal yaddaşın həcmi 512 Gb təşkil edir. “iPhone X” və “iPhone Xs Max” istənilən mayedə qala bilər, quruduqda isə onlar öz keyfiyyətini itirmirlər.

belta.by saytının məlumatına görə, yeniliklərin qiyməti 749 dollardan başlayır. Yeni “iPhone”un rəsmi satışına 21 sentyabr tarixində başlanacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.