Havada adi dronlardan dörd dəfə çox qala bilən dron təqdim edilib

12 Sentyabr 2018 - 10:56 | Texnoloji yeniliklər
Havada adi dronlardan dörd dəfə çox qala bilən dron təqdim edilib

ABŞ-ın “Impossible Aerospace” startapı enerji yükləmək üçün yerə enmədən 2 saata qədər uçmaq imkanına malik kvadrokopter təqdim edib. İstehsalçıların sözlərinə görə, onun “US-1” “uçan akkumulyator”u havada rəqib modellərdən 4-5 dəfə daha uzun müddət dayanır.

Müqayisə üçün qeyd edək ki, müasir pilotsuz təyyarələrin böyük əksəriyyətinin batareyasının həcmi 25-30 dəqiqədən çox davam edən uçuş zamanı kifayət etmir.

“Bizim qurğumuz “Tesla” elektrik avtomobillərinin akkumulyator blokuna bənzər çox kiçik qidalanma elementindən hazırlanıb və biz onları aparatın struktur inşaat kərpicləri kimi istifadə edirik”, – şirkətin rəhbəri Spenser Qor deyib.

hitech.vesti.ru  saytının məlumatına görə, “US-1” ilk dəfə Las-Veqasda keçirilən “InterDrone 2018” sərgisində nümayiş etdirilib. O, 26 düymlük çərçivə, istilik və optik tənzimləyicilər, GPS və 75 kilometrə qədər məsafəyə 67 km/saata qədər sürətlə uça bilmək imkanına malikdir. Onun akkumulyatoru bir saata enerji ilə tam dolur.

Şirkət artıq “US-1”i ABŞ-da yanğın söndürən, polis və kəşfiyyat-xilasetmə komandalarına satır. Dronun çatdırılmasına isə, ilin sonuna kimi başlanacaq. Kameralar və digər əlavə aksessuarlar daxil olmayan baza modelin qiyməti 7000 ABŞ dollarından başlayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.