Şəhərlərarası uçuşlar üçün hava taksisi sınaqdan keçirilib

11 Sentyabr 2018 - 16:34 | Maraqlı məlumatlar
Şəhərlərarası uçuşlar üçün hava taksisi sınaqdan keçirilib

İngiltərənin “Vertical Aerospace” startapı şəhərlərarası uçuşlar üçün istifadə ediləcək vertikal uçuşlu və enişli hava taksisinin sınaqlarını uğurla başa çatdırıb.

hightech.fm saytının məlumatında bildirilir ki, “Vertical Aerospace” uçuş aparatının maksimal sürəti avtomobil sürətinə uyğundur və saatda 80 km təşkil edir. Aparat 2 nəfər sərnişin və 1 pilot üçün nəzərdə tutulub. Mütəxəssislərin sözlərinə görə, akkumulyatorun enerji tutumu 800 km uçuşun həyata keçirilməsi üçün yetərlidir.

Şirkət nümayəndələri uçan taksilərin 3-4 ildən sonra satışa çıxarılacağını bildiriblər. Bununla da insanların şəhərlər arasında hərəkət üçün uçuş zolaqlarına ehtiyacı qalmayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.