“ICANN” İnternetin işində qlobal nasazlığın yarana biləcəyinə dair xəbərdarlıq edib

11 Sentyabr 2018 - 09:16 | Maraqlı məlumatlar
“ICANN” İnternetin işində qlobal nasazlığın yarana biləcəyinə dair xəbərdarlıq edib

Oktyabrın 11-də dünyada İnternet istifadəçiləri şəbəkəyə giriş problemi ilə üzləşə bilərlər. Bu haqda “ICANN İnternet korporasiyası (Internet Corporation for Assigned Names and Numbers) məlumat verib.

ria.ru saytının məlumatına əsasən, həmin gün tarixdə ilk dəfə domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarlarının dəyişdirilməsi planlaşdırılıb. Yeniləmədən sonra 48 saat ərzində bəzi istifadəçilərin ayrı-ayrı resurslara daxil olmaqda çətinliklə üzləşmə ehtimalı var. Sistem “server failure” və ya “servfail” səhvini göstərə bilər.

2010-cu ildə yaradılan kriptoqrafiya açarları “DNSSEC” genişlənmə sistemində istifadə olunur, təhlükəsizlik və İnternet ünvanlandırma sisteminin bütövlüyünə cavabdehlik daşıyır. Açarlar hər beş ildən bir dəyişdirilməlidir, ancaq 2015-ci ildə provayderlərin hazır olmaması səbəbindən bu proses təxirə salınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.