Çində ikinci İnternet-məhkəmə istifadəyə verilib

10 Sentyabr 2018 - 13:07 | Maraqlı məlumatlar
Çində ikinci İnternet-məhkəmə istifadəyə verilib

Pekində Çin ərazisində ikinci İnternet-məhkəmə istifadəyə verilib. 

Bu məhkəmə növü iddiaçı və cavabdehin iştirakını nəzərdə tutmur. Bütün məhkəmə prosedurlarını instansiyanın saytında həyata keçirmək olar. Məhkəmə dinləmələri və hökmün çıxarılması da real vaxt rejimində videoyayım vasitəsilə onlayn keçiriləcək.

iz.ru saytının məlumatına görə, məhkəmədə İnternetlə bağlı işlərə (məsələn, onlayn ticarətdə fırıldaqçılıq  halları, onlayn borc müqavilələri üzrə mübahisələr, müəllif hüquqlarının pozulması və s.) baxılacaq.

Qeyd edək ki, ilk belə məhkəmə ötən ilin avqustunda Xançjou şəhərində əlçatan olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.