İsveçdə turoperator şirkəti robotu işə götürüb

03 Sentyabr 2018 - 11:27 | Maraqlı məlumatlar
İsveçdə turoperator şirkəti robotu işə götürüb

Böyük turoperator şirkətinin İsveç bölməsi robotu işə götürüb. “Pepper” adlı yeni əməkdaş ətrafdakı insanları tanıyır və onların emosiyalarına reaksiya verir. Robot ayaq əvəzinə, kiçikölçülü təkərlərdən ibarət sistemə malikdir. Sinəsinə informasiyanın göstərilməsi və insanlarla əlaqə yaradılması üçün 10 düymlük planşet quraşdırılıb.

news.rambler.ru saytının məlumatında bildirilir ki, robot nitqi anlayır, onun yaddaşı təxminən 4500 sözdən ibarətdir. O, danışa, rəqs edə, ünsiyyət saxlaya və sadə tapşırıqları yerinə yetirə bilir.

Şirkətin heyət üzrə direktoru Elke Ellerin sözlərinə görə, hər bir əməkdaş kimi robotun da şəxsi hesabı və gündəlik vəzifələri olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.