İlk 8K təsvir ölçülü OLED televizor təqdim olunub

30 Avqust 2018 - 14:30 | Texnoloji yeniliklər
İlk 8K təsvir ölçülü OLED televizor təqdim olunub

31 avqust – 5 sentyabr tarixlərində Almaniyanın paytaxtı Berlində keçiriləcək “IFA 2018” – Beynəlxalq istehlak elektronikası sərgisinin açılışı ərəfəsində “LG Electronics” şirkəti dünyada 8K (7680x4320 piksel) təsvir ölçülü ilk OLED televizorunu təqdim edib.

ferra.ru saytının məlumatında bildirilir ki, “LG OLED TV” modelinin diaqonalı 88 düym təşkil edir, panel 33 milyon öz-özünə işıqlanan piksellərdən ibarətdir.

Xatırladaq ki, OLED panellərin ənənəvi maye kristal ekranlarla müqayisədə bir sıra üstünlükləri vardır. Üzvi işıq diodları özləri işıq saçırlar, deməli, işıqlandırmaya ehtiyac yoxdur. Bundan başqa, belə ekranlar daha kiçik ölçülərə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.