Yeni sistem məsafədən baqajın analizini aparmağa kömək edəcək

17 Avqust 2018 - 10:22 | Texnoloji yeniliklər
Yeni sistem məsafədən baqajın analizini aparmağa kömək edəcək

Rutgers, İndiana və Perdyu universitetlərinin alimlər qrupu “Wi-Fi” şəbəkəsi vasitəsilə ictimai yerlərdə partlayıcı maddələrin və kimyəvi silahın aşkarlanması metodunu hazırlayıb.

belta.by saytının məlumatına görə, sistem baqajın analizi üçün kanalın vəziyyəti haqqında informasiyadan istifadə edir. Onun fəaliyyəti üçün yalnız “Wi-Fi” marşrutlayıcısı tələb olunur.

Sistem çanta və plastik paketlərdə maye və bərk vəziyyətlərdə olan 15 müxtəlif obyekt üzərində sınaqdan keçirilib. Nəticədə sistem təhlükəli əşyaları təhlükəsizlərdən 99 faiz dəqiqliklə fərqləndirib, eləcə də obyektin tərkibini müəyyənləşdirib.

Texnologiyanın ictimai yerlərdə təhlükəsizliyin təmini üçün istifadə ediləcəyi barədə məlumat verilmir. Hazırda sistemin ilkin sınaqları keçirilir, mühəndislər tərəfindən isə ictimai “Wi-Fi” şəbəkələrinin sistemin işində səhvlərə səbəb ola biləcək müdaxilədən mühafizəsi üçün həll təqdim edilməyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.