İnsanın üz ifadəsini təkrarlayan robot

16 Avqust 2018 - 15:17 | Texnoloji yeniliklər
İnsanın üz ifadəsini təkrarlayan robot

Yapon alimi Takayuki Todo insanla göz təması quraraq onun üz ifadəsini təkrarlayan “SEER” (Simulative Emotional Expression Robot – emosional ifadəni təqlid edən robot) robotunu hazırda Vankuverdə (Kanada) keçirilən “SIGGRAPH” sərgisində təqdim edib.

robo-hunter.com saytının məlumatına görə, “SEER” real vaxt rejimində insanların üz cizgilərini tanıyan və izləyən kamera vasitəsilə işləyir. O, imitasiya rejimində insanın qaşları və göz qapaqlarının hərəkətlərini, həmçinin başının vəziyyətini təkrarlayır.

Sözsüz ki, insanın sifəti daha ifadəli və təbiidir, lakin “SEER” “qorxunc vadi”yə yeni üfüqlər açır. Bu, hələ ki, yalnız incəsənət layihəsidir, lakin onun əsaslandığı texnologiya böyük potensiala malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.