“DisplayMate” analitik firması ən keyfiyyətli displeyə malik smartfonun adını açıqlayıb. Ötən həftə təqdim edilmiş “Galaxy Note9” planşetofonu dünyada ən keyfiyyətli displeyə malik qurğu elan edilib.
hitech.vesti.ru saytının məlumatına görə, 6,4 düymlük “SuperAMOLED” panel rənglərin ötürülmə dəqiqliyi, parlaqlıq və baxış bucağı daxil olmaqla, bütün göstəricilər üzrə ən keyfiyyətli displey seçilib. Hesabatda deyilir ki, yeni qurğunun ən yüksək parlaqlığı ötən ilki “Note8” ilə müqayisədə 27 faiz yüksəkdir.
Yeni qabaqcıl qurğu 1020 nit parlaqlığa malikdir ki, bu da “Note8” və “Galaxy S9” ilə müqayisədə bir qədər azdır, lakin ağ rəngli şəklin göstərilməsi zamanı parlaqlıq 710 nitə bərabərdir ki, bu da “Samsung”un ötən ilki qurğularından daha yaxşıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.