Bu ilin ən keyfiyyətsiz smartfonları açıqlanıb

13 Avqust 2018 - 15:37 | Maraqlı məlumatlar
Bu ilin ən keyfiyyətsiz smartfonları açıqlanıb

Ekspertlər 2018-ci ilin istifadəçiləri məyus edə biləcək 5 ən keyfiyyətsiz smartfonunu açıqlayıblar.

rueconomics.ru saytının məlumatına görə, siyahıda lider “Honor 9 Lite” modelidir. Ucuz olmasına baxmayaraq, qurğu zəif texniki xüsusiyyətlərə, əlavə yaddaş kartının alınmasına zərurət yaradan kiçik yaddaş tutumuna, eləcə də aztutumlu (3 min milliamper/saat) akkumulyatora malikdir.

İkinci yerdə “Vivo V9” smartfonu qərarlaşıb. Cəlbedici xarici görünüşə malik model köhnə “microUSB” portu ilə təchiz edilib, eləcə də “NFC” texnologiyasını dəstəkləmir. Bundan başqa, smartfonun fotokamerası günəş işığında obyektləri parıltılı göstərir.

Ən keyfiyyətsiz smartfonlar arasında üçüncü pillədə öz sinfinin ən pisi seçilən “Samsung Galaxy A8” modeli yer alıb. Smartfon 32 giqabaytlıq daxili yaddaş və zəif batareya ilə təchiz edilib. Çatışmazlıqlar arasında aşağı keyfiyyətli kamera və solğun ekran qeyd olunur.

Siyahıda dördüncü yeri “LG G7 ThinQ” tutub. Qurğu zəif akkumulyator və keyfiyyətsiz ekrana malikdir.

Beşliyi “LG Q7 Plus” modeli tamamlayır. Aşağı məhsuldarlığa malik “MediaTek MT6750” prosessoru, zəif işıqda keyfiyyətsiz şəkillər çəkən kamera və aztutumlu batareyaya görə ekspertlər bu smartfonu istifadəçilərə tövsiyə etmirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.