AzScienceCERT-in nümayəndəsi informasiya təhlükəsizliyi üzrə beynəlxalq təlim kursunda iştirak etmişdir

16 İyul 2014 - 14:30 | Mühüm hadisələr
AzScienceCERT-in nümayəndəsi informasiya təhlükəsizliyi üzrə beynəlxalq təlim kursunda iştirak etmişdir

7-12 iyul 2014-cü il tarixlərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Babək Nəbiyev "Asia Pacific Internet Security Conference"-nın (APISC) Təhlükəsizlik üzrə təlim kursunda AzScienceCERT-in nümayəndəsi kimi iştirak etmişdir. Konfrans Cənubi Koreya İnternet və Təhlükəsizlik Agentliyinin ev sahibliyində(KİSA) Koreya Milli CERT-i (KrCERT/CC) tərəfindən təşkil olunmuş və informasiya təhlükəsizliyi insidentləri üzrə beynəlxalq FİRST forumunun himayəçiliyi altında keçirilmişdir.

TERENA-nın TRANSİTS kursları bazasında hazırlanmış təlim kursunda dünyanın 18 ölkəsindən nümayəndə iştirak etmişdir. 

Kursda təlimçi kimi MOCERT, Dell şirkəti Counter Threat Unit (CTU) bölməsi və CİSCO şirkətinin aparıcı mütəxəssisləri çıxış etmişdir. 

İştirakçılara informasiya təhlükəsizliyi insidentlərinin emalı üzrə biliklər verilmiş, real şəraitə yaxın mühitdə insidentlərin aradan qaldırılması üzrə praktiki tapşırıqlar yerinə yetirilmişdir. 

Kursda CERT nümayəndələri ilə əməkdaşlıq əlaqələri qurulmuşdur. 

Sonda kursu müvəffəqiyyətlə bitirən B.Nəbiyevə sertifikat təqdim olunmuşdur.