“WhatsApp” messencerində təhlükəli boşluq aşkar edilib

09 Avqust 2018 - 10:31 | Maraqlı məlumatlar
“WhatsApp” messencerində təhlükəli boşluq aşkar edilib

“Check Point” şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilmiş təhlükəli boşluq hakerlərə çata müdaxilə etməyə imkan verir.

hi-tech.mail.ru saytının məlumatına görə, aşkar edilmiş boşluqdan müxtəlif üsullarla istifadə etmək olar: çatda həmsöhbətin sözlərini dəyişdirərək başqa məna vermək, istifadəçinin adından ünsiyyəti imitasiya etmək və s.

Sözügedən boşluqdan istifadə etmək üçün şifrələnmiş trafiki ələ keçirmək kifayətdir. Bu boşluq yaxın vaxtlarda aradan qaldırılmasa, istifadəçilərə böyük zərər vura bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.