Yaponiyanın Osaka Universitetinin professoru Hirosi İsiquro 4 təkər üzərində hərəkət edən “İbuki” adlı insanabənzər robotunu təqdim edib.
hi-news.ru saytının məlumatına görə, yeni robotun boyu 120 sm, çəkisi 37 kq təşkil edir. Robot 10 yaşlı uşaq kimi modelləşdirilib, buna görə də digər robotlar kimi vahiməli görünüşə malik deyil. Onun karkası karbon və plastik kimi materiallardan hazırlanıb, sifəti və əlləri isə lateksdən hazırlanmış “dəri” ilə örtülüb. Robotun bədəni ona gülümsəməyə, əli ilə əşyaları tutmağa, əllərini yelləməyə imkan verən 47 mühərrikdən ibarətdir.
Mütəxəssislər robota tanıma, ünsiyyət saxlama və emosiyaların ifadəsi üçün daha çox funksiya əlavə etməyi planlaşdırırlar. Gələcəkdə “İbuki” insanlarla birlikdə gəzərək, onlarla öz təəssüratlarını bölüşə biləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.