M.V.Lomonosov adına Moskva Dövlət Universitetində cari ilin sonunadək dünyada ən güclü superkompüter yaradıla bilər. Bu haqda ali təhsil müəssisəsinin rektoru Viktor Sadovniçiy bildirib. V.Sadovniçiyin sözlərinə görə, bunun üçün artıq əsas hazırlıq işləri görülüb.
Rektor hazırda əsas problemin maliyə məsələsi olduğunu qeyd edib: “Əgər dövlət və ya özəl investorlar tərəfindən maliyə dəstəyi göstərilərsə, superkompüter qısa bir vaxt ərzində hazır ola bilər”.
pitbit.ru saytının məlumatına görə, yetərli qədər maliyə vəsaitinin olacağı təqdirdə superkompüterin məhsuldarlığı 30 petaflopsa çatdırıla bilər.
Qeyd edək ki, bugünkü gündə ən məhsuldarlı superkompüterin gücü 30 petaflopsdan artıqdır. Çinin 33,86 petaflops həcmli Tianhe-2 superkompüteri dünyada birincidir.