Yeni nəsil Wi-Fi 4 dəfə böyük sürəti təmin edəcək

31 İyul 2018 - 12:04 | Maraqlı məlumatlar
Yeni nəsil Wi-Fi 4 dəfə böyük sürəti təmin edəcək

“Wi-Fi Alliance” təşkilatı məlumatın ötürülmə sürətini 4 dəfə artırmağa imkan verən Extreme High Throughput (EHT) adlı  yeni naqilsiz rabitə spesifikasiyasının üzərində işləyir. Bu, Wi-Fi spesifikasiyalarının 2 illik yenilənmə dövrü üçün başlanğıc hesab olunur. Belə ki, 802.11ax standartı 4 il qüvvədə olmuşdur.

nvworld.ru saytının məlumatına görə, 2020-ci ildə lisenziyasız istifadə üçün nəzərdə tutulan EHT yeni spesifikasiyası 6 QHs tezliyin tətbiq ediləcəyi məkanlarda birinci ola bilər. Yeni standart, həmçinin 320 MHs enə malik əlaqə kanallarını nəzərdə tutur. Standartın son reallaşdırılması 2023-cü ilə planlaşdırılmışdır.

EHT təşəbbüsü Wi-Fi standartlarının uzun müddətdir ki yenilənməməsi fonunda irəli sürülmüşdür. Məsələn, .11ax standartı yalnız indi bazara çıxarılır, spesifikasiyası isə hələ tam şəkildə təsdiq edilməmişdir. Onun hazırlanması 4 ildən çox davam etmiş və 802.11 standartının ən uzunmüddətli layihəsi olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.