“Samsung” şirkəti sınmayan OLED-ekranın sınaqlarını müvəffəqiyyətlə həyata keçirib. Ekranın smartfonlarla yanaşı, digər qurğularda da istifadə olunacağı bildirilir.
“Samsung” mühəndisləri ekranların istehsalı zamanı istifadə olunan şüşəni “bərkidilmiş plastik örtük” ilə əvəzləyiblər.
naked-science.ru saytının məlumatına görə, ekranın sınaqları “Underwriters Laboratories” şirkəti tərəfindən aparılıb. Bildirilir ki, ixtira ABŞ-ın Müdafiə Nazirliyi tərəfindən təyin edilmiş hərbi standartlar üzrə yoxlamadan keçib. Ekran 1,2 və 1,8 metr hündürlükdən düşmə, həmçinin temperaturun 71 dərəcə Selsiyə qədər yüksəlməsi və mənfi 32 dərəcə Selsiyə enməsi zamanı zərər görməyib.
Şirkət yeni ekrandan gələcəkdə smartfon, portativ oyun konsolları, hərbi qurğular və avtomobil kompüterlərində istifadə etməyi planlaşdırır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.