“Kano” şirkətinin mütəxəssisləri uşaqlara proqramlaşdırmanı əyləncəli formada öyrətmək məqsədilə Harri Potterin “sehrli” çubuğunu hazırlayıblar. Qurğu “Javascript” proqramlaşdırma dilinin əsaslarının öyrənilməsi üçün xüsusi sensorlara malikdir.
dni24.com saytının məlumatına görə, artıq uşaqlar proqramlaşdırmanı müxtəlif oyunlarla öyrənməyə kömək edəcək “sehrli” aləti əldə edə biləcəklər. İstifadə etməzdən əvvəl çubuğu yığmaq və iOS, Android, Mac və PC platformalarında işləyən qadcetə yüklənmiş proqrama qoşmaq lazımdır.
“Sehrli” çubuq məkanda onun yerini müəyyən edən sensorların sayəsində işləyir. Dəstə 70 öyrədici tapşırıq daxildir. Kodun yazılması çubuğu vuraraq ovsun etməyə bənzəyir. Qiyməti 100 ABŞ dolları təşkil edəcək qurğunu ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiyada əldə etmək mümkün olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.