Virtual reallıq qurğuları üçün standart təsdiq edilib

19 İyul 2018 - 12:08 | Maraqlı məlumatlar
Virtual reallıq qurğuları üçün standart təsdiq edilib

“Microsoft”, “Nvidia”, “Oculus”, “AMD” və “Valve” şirkətləri virtual reallıq qurğuları üçün “VirtualLink” adlı standartı müəyyənləşdiriblər. İstehsalçılar qarnituru bir kabel – “USB Type-C” vasitəsilə qoşmağı təklif edirlər.

life.ru saytının məlumatına görə, standartın təsvirində “USB” kabelinin 27 vatt gücü təmin edəcəyi və yeni nəsil qurğuların yaranmasına şərait yaradacağı qeyd edilib. “VirtualLink” standartının buraxılış qabiliyyəti oyunda yaxşı təəssüratı təmin edəcək.

Standartın yaradılması virtual reallıq bazarının aparıcı oyunçularının hələ simsiz virtual reallıq qarniturlarının istehsalına başlamaq niyyətində olmadıqlarını göstərir.

Hazırda istehsalçılar tərəfindən bazarın gələcək inkişafı ilə bağlı fikirlərin razılaşdırılması davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.