Sinqapur tarixində ən böyük kiberhücum

23 İyul 2018 - 14:23 | Maraqlı məlumatlar
Sinqapur tarixində ən böyük kiberhücum

Sinqapurda kibercinayətkarlar 1,5 milyon insanın şəxsi məlumatları oğurlamağa nail olublar.

Hakerlər ölkənin ən böyük tibbi müəssisəsi olan “SingHealth”in kompüterlərinə hücum ediblər. Kibercinayətkarlar 1,5 milyon insan, həmçinin bir neçə yüksək vəzifəli məmurun şəxsi məlumatlarını oğurlayıblar.

securitylab.ru saytının məlumatına görə, hücum zamanı hakerlər ölkənin baş naziri Li Syan Luna və bir neçə hökumət üzvü daxil olmaqla 160 min insanın ambulator reseptini ələ keçiriblər. Sinqapur hökumət nümayəndələrinin sözlərinə görə, parlament rəhbərinin şəxsi məlumatlarını oğurlamaq kibercinayətkarların əsas məqsədi olub.

Kibercinayətkarlar “SingHealth” şirkətinin tibbi müəssisələrinə 2015-ci ilin mayın 1-dən 2018-ci ilin 4 iyul tarixinədək baş çəkmiş pasiyentlərin məlumatlarını oğurlayıblar. Onlar xəstələrin adı, soyadı, doğum tarixi və ünvanlarını ələ keçiriblər. Bu hücumun ciddi şəkildə planlaşdırıldığı güman edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.