Ticari sualtı daşımalar üçün ilk robot təqdim edilib

23 İyul 2018 - 11:25 | Texnoloji yeniliklər
Ticari sualtı daşımalar üçün ilk robot təqdim edilib

Bu aparat tədqiqat, xilasedici əməliyyatların keçirilməsi, nəzarət işləri, suyun dərinliklərindən predmetlərin çıxardılması, həmçinin neft-qaz kompleksi işlərinin müşayiəti üçün istifadə olunacaq.

Çin Xalq Respublikasında robot texnikasının aparıcı istehsalçılarından biri olan “China Railway Rolling Stock Corporation” (CRRC) sualtı daşımaların həyata keçirilməsi üçün yeni distant idarə olunan aparat təqdim edib. tass.ru  saytının məlumatına görə, robot ticari məqsədlərlə istifadəsi nəzərdə tutulan ilk aparatdır.

CRRC nümayəndələri iddia edirlər ki, yeni robot gücünə görə mövcud analoqlarını üstələyir. Belə ki, aparata quraşdırılmış mühərrik 250 at gücünə malikdir ki, bu da “BMW X6” avtomobilinə ekvivalentdir. Onun yükqaldırma qabiliyyəti 4 ton təşkil edir.

Yeni qurğu real vaxt rejimi ilə 3 min metrə qədər dərinlikdə 1-3 metr görmə şəraitində işləyə bilər.

Qurğuya, həmçinin suyun altında müxtəlif predmetlərin yerini müəyyən etməyə imkan verən exolokasiya texnologiyası quraşdırılıb. Onun işinin dəqiqliyi millimetrlərlə ölçülür. Belə ki, robot suyun dibindən iynə ölçüsündə predmetləri qaldırmaq imkanına malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.