ABŞ-da yolları işıqforlardan azad edəcək sistem sınaqdan keçirilir

19 İyul 2018 - 10:46 | Maraqlı məlumatlar
ABŞ-da yolları işıqforlardan azad edəcək sistem sınaqdan keçirilir

ABŞ alimləri işıqforların istismarından imtina etməyin mümkün olacağı sistem hazırlayıblar. Bu sistem avtomobilin digər nəqliyyat vasitələri ilə əlaqəni nizamlamasını təmin edəcək.

belta.by saytının məlumatında bildirilir ki, siqnallarla mübadilə üsulu yol hərəkətini nizama salacaq və yolda vaxta qənaət etməyə imkan verəcək.

Qeyd edək ki, layihənin kütləvi işə salınma tarixi müəyyən edilməyib. Bunun səbəbi hələ ki, piyadalar üçün bu kimi siqnalları qəbul etmək imkanının yaradılmamasıdır. Lakin bu funksiya artıq pilotsuz avtomobillərdə mövcuddur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.