Robotlar yeni iş yerləri “açacaq”

18 İyul 2018 - 15:51 | Maraqlı məlumatlar
Robotlar yeni iş yerləri “açacaq”

“PwC” tədqiqat şirkəti süni intellektin cəmiyyətə təsiri ilə bağlı proqnoz verib. Ekspertlərin versiyasına əsasən, süni intellekt iş yerlərinin sayını azaltsa da, narahatlıq üçün əsas yoxdur.

Proqnoza görə, yeni texnologiyalar bazarın müəyyən seqmentlərində iş yerlərinin azalmasına səbəb olacaq, bununla belə, yenilərini yaradacaq. Məsələn, 2037-ci ilədək Böyük Britaniyada robotlar insanları iş yerlərinin təxminən 20 faizindən “azad edəcək”, lakin elmi-texniki inqilab eyni sayda yeni iş yerlərini yaratmağa imkan verəcək.

life.ru saytının məlumatında bildirilir ki, süni intellektin daha çox təhsil, elmi-texniki, informasiya və kommunikasiya, eləcə də ictimai iaşə sahələrində tətbiq ediləcəyi gözlənilir. Süni intellektin maliyyə, pərakəndə satış, tikinti, dövlət idarəçiliyi və digər sahələrdə iş yerlərinin azalmasına təsiri nisbətən zəif olacaq.

2017-ci ilədək say nisbətində təxminən 7 milyon iş yerinin azalması proqnozlaşdırılsa da, onun əvəzinə daha 7,2 milyon yaradılacaq. Məsələn, tibb işçilərinin 12 faizi robotlarla əvəzlənəcək, lakin tibb sektorunda yeni iş yerlərinin sayı ümumilikdə 34 faiz təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.