Böyük maraq kəsb edən informasiyanın aşkarlanması metodları analiz olunub

11 İyul 2018 - 17:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti elmi seminarı keçirildi. İnstitutun elmi işçisi Günay İskəndərli “Böyük maraq kəsb edən (hotspot) informasiyanın aşkarlanması metodlarının analizi” mövzusuna dair bir sıra nüfuzlu jurnallarda nəşr olunmuş məqalələri təhlil etdi.

G.İskəndərli böyük maraq kəsb edən (hotspot) informasiyanın aşkarlanması metodlarını analiz edərək bildirdi ki, hotspot termini bir çox elm sahələrində müxtəlif məqsədlər üçün istifadə olunur. Onun sözlərinə görə, vebdə hotspot informasiyanın aşkarlanması aktual informasiyanın müəyyən olunmasını nəzərdə tutur.

O, həmçinin text mining və sentiment analizin köməyilə onlayn forumlarda hotspotların aşkarlanması və proqnozlaşdırılması, K-means və SVM metodlarına əsaslanaraq İnternetdə hotspotların aşkarlanması, hotspot forumların aşkarlanması üçün mətn əlaqələri, böyük verilənlər bazası üçün genişləndirilmiş fuzzy K-means hotspot aşkarlama metodu, mobil telefon məlumatlarının analizi üsulları və s. haqqında ətraflı məlumat verdi.  

Sonra çıxış edən şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev məruzə ilə bağlı tövsiyələrini səsləndirdi, bu istiqamətdə araşdırmaların davam etdirilməsinin və yeni məqalənin hazırlanmasının zəruriliyini qeyd etdi.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.