“Problemlərin həllini hamı birlikdə axtaracaq”
Rusiyada elektron parlamentin yaradılması çərçivəsində deputatlar üçün peşəkar sosial şəbəkə istismara veriləcək. Bu haqda“Известия” qəzeti e-parlamentin yaradılması üzrə işçi qrupunun rəhbəri, aşağı palatanın vitse-spikeri İqor Lebedevə istinadən bildirib.
“Парламентский портал” sosial şəbəkəsinin ünvanı portal.parlament.gov.ru adlanır. Sosial şəbəkədə millət vəkillərindən əlavə onların öz dəvəti ilə ekspert-hüquqşünaslar, politoloq və iqtisadçılar da qeydiyyatdan keçə biləcəklər. Sıravi istifadəçilər isə yalnız təşəbbüsləri qiymətləndirə və başqa sosial şəbəkələrdə müzakirə edə bilərlər.
Yeni meydan deputatın real vaxt rejimində istənilən təşəbbüsü üzrə nəinki diskussiya təşkil olunmasına, həm də Rusiyanın müxtəlif regionlarından olan deputatların müzakirələrə cəlb edilməsinə imkan verəcək.
“Bugünkü gündə ölkədə 245 min deputat var ki, onlar arasındakı birliyin daha da möhkəmləndirilməsi zəruridir” – deyən İ.Lebedev yeni peşəkar sosial şəbəkənin ciddi problemlərin operativ həlli yollarının axtarışı üçün bir alət olduğunu bildirib.