AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Əmək veteranları və müharibə iştirakçıları şurasının iclası keçirildi.
İnstitutda çalışan əmək veteranları və müharibə iştirakçılarının qatıldığı tədbiri giriş sözü ilə şuranın sədri Təhmasib Fətəliyev açaraq gündəlikdə duran məsələ barədə məlumat verdi.
AMEA-da aparılan coxistiqamətli islahatların həyata keçirilməsində elmi müəssisə və təşkilatlarda çalışan alim və mütəxəssislərin rolundan danışan T.Fətəliyev onların hər zaman dövlətin və AMEA rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğuladı.
Qeyd etdi ki, AMEA prezidenti, akademik Akif Əlizadənin 1 may 2014-cü il tarixli “AMEA-nın əməkdaşlarına “Əmək veteranı” adının verilməsi haqqında“ Sərəncamına uyğun olaraq komissiya yaradılmışdır. Komissiya tərəfindən AMEA-nın elmi müəssisə və təşkilatlarının ümumilikdə 99 əməkdaşına, o cümlədən AMEA İTİ-nin 6 əməkdaşına “Əmək veteranı” adı və “Əmək veteranı” vəsiqəsinin təqdim olunması qərara almışdır.
Sonda əməkdaşlara “Əmək veteranı” vəsiqələri təqdim olundu.