Dəniz minalarının zərərsizləşdirilməsi üçün robot yaradılacaq

03 İyul 2018 - 15:20 | Maraqlı məlumatlar
Dəniz minalarının zərərsizləşdirilməsi üçün robot yaradılacaq

“Mitsubishi Heavy Industries” korporasiyası Yaponiya Müdafiə Nazirliyinin sifarişi əsasında dəniz minalarını aşkarlayaraq zərərsizləşdirən robot yaradacaq.

planet-today.ru saytının məlumatına görə, söhbət sualtı robotla yanaşı, suüstü robotlaşdırılmış katerin daxil olacağı bütöv robotlaşdırılmış kompleksdən gedir.

Perspektivli kompleksin yaradıcıları bildiriblər ki, sualtı robot və robotlaşdırılmış kater tandemi tral gəmiləri ilə müqayisədə daha effektiv həll olacaq. Onların sözlərinə görə, robot bilavasitə minaların aşkarlanması ilə məşğul olacaq, kater isə onların məhv edilməsini həyata keçirəcək.

Robotun 2022-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Hərbi qurumlar tərəfindən robotun yaradılmasına 4 milyard Yaponiya yeni (təxminən 36 milyon dollar) sərf ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.