İnstitutun əməkdaşı “TNC 18” konfransında iştirak edib

29 İyun 2018 - 14:26 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov 10-14 iyun tarixlərində Norveçin Tronheym şəhərində keçirilən “TNC 18” konfransında iştirak edib. M.Həşimov konfransın sessiyalarına və EaPConnect lahiyəsi çərçivəsində keçirilən idarətmə şurasının iclasına da qatılıb.

O, həmçinin EaPConnect layihəsinin veb-saytına müsahibə verərək konfransla bağlı fikirlərini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.