Smartfon üçün təhlükəsiz örtük hazırlanıb

28 İyun 2018 - 16:10 | Maraqlı məlumatlar
Smartfon üçün təhlükəsiz örtük hazırlanıb

Almaniyalı dizayner yerə düşən smartfonu zədələnmədən qoruyan örtük hazırlayıb. “Ağıllı” örtük düşmə zamanı xüsusi ayaqları aktivləşdirən sensorlarla təchiz edilib. Bu ayaqlar bərk səthlə təmas etdikdə yay kimi əyilərək smartfonu qoruyurlar.

planet-today.ru saytının məlumatına görə, prototip halında olan qurğunun seriya istehsalının başlanması dizaynerin “Kickstarter” kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasında aparacağı kampaniyanın uğurlu olub-olmamasından asılı olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.