Miçiqan Universitetinin alimləri ən kiçik kompüter hazırlayıblar. Eni 0,3 mm təşkil edən bu kompüter düyü dənəsinin yanında çox kiçik görsənir. “Michigan Micro Mote” (2x2x4 mm) daxil olmaqla, əvvəlki qurğular xarici enerji mənbəyi olmadan məlumatları yadda saxlamaq qabiliyyətinə malik idi.
hi-news.ru saytının məlumatına görə, Miçiqan Universitetinin yeni mikrokompüteri enerji kəsilən kimi bütün məlumatı itirir.
Yeni qurğu prosessor, simsiz ötürücü aparat və qəbuledicilərə malikdir. Bu kompüter görünən işıq vasitəsilə məlumatları qəbul edir və ötürür.
“Michigan Micro Mote” kompüteri xərçəng xəstəliyinin tədqiqi, qlaukomanın diaqnostikası üçün gözdaxili təzyiqin ölçülməsi, neft rezervuarlarının monitorinqi, biokimyəvi proseslərin monitorinqi, səsli və videomüşahidə, kiçik ilbizlərin tədqiqi üçün istifadə edilə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.