“Google” şirkəti “Chrome” android-brauzerinə yeni funksiya əlavə edib.
“Google” android mobil əməliyyat sistemi üçün olan “Chrome” brauzerinə yeni faydalı funksiya əlavə edib. Bu funksiya brauzer İnternetə qoşulduğu zaman kontenti, həmçinin məqalələri qurğuda saxlamağa imkan verəcək. Beləliklə, istifadəçi saxlanmış məzmunu offlayn oxuya biləcək.
hi-news.ru saytının məlumatına görə, isifadəçi öz hesabından istifadə edərək “Chrome”a daxil olduqda kontent qeyd olunan formada və istifadəçinin naviqasiya tarixçəsinə əsaslanaraq seçiləcək. Daha əvvəl yüklənmiş kontent istifadəçiyə uyğun zamanda, hətta İnternet bağlantısı olmasa belə, onun tərəfindən oxuna biləcək.
“Google” nümayəndələri qeyd edir ki, bu funksiya “növbəti milyard istifadəçi” bazarlarına (Next Billion Users) yönəldilmişdir və Hindistan, Nigeriya, İndoneziya və Braziliya bazarlarının daxil olduğu 100 bazarda istifadəçilərə əlçatan olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.