Bükülən akkumulyator hazırlanıb

06 İyun 2018 - 14:52 | Maraqlı məlumatlar
Bükülən akkumulyator hazırlanıb

Çin alimləri elastik “ağıllı” elektronika üçün nəzərdə tutulmuş bükülən litium-kükürd akkumulyatoru üzərində işləyirlər.

belta.by saytının məlumatına görə, maye elektrolitlərin bərk elektrodlara yapışdırılması yolu ilə hazırlanan ənənəvi batareyalardan fərqli olaraq yeni batareyalarda elektrolitlər 3D-şəbəkələri formalaşdıran ultranazik metal lövhələrə yerləşdirilir.

“Bu texnologiya sayəsində elektrolitlər şəbəkələrdən kənara çıxmayacaq” – Çin Elmlər Akademiyası yanında Dalyan Kimyəvi Fizika İnstitutunun alimi Çjan Xunçjan deyib. Qeyd edib ki, yeni akkumulyatorlar daha sabit və elastikdirlər, bükülmə və əyilmə zamanı enerji yükünü yaxşı saxlayırlar.

Bu kimi batareyalar yüngül və yüksək enerji sıxlığına, istehsal baxımından qənaətcil və kütləvi istehsal perspektivlərinə malikdirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.