Fransanın Monpelye Tibb Universitetinin mütəxəssisləri “IMA Solutions” şirkəti ilə birgə gələcək həkimlərin təcrübə keçməsi üçün rəqəmsal cəsəd nümunəsi hazırlayıblar. Bu, ən mükəmməl, dəqiq və detallaşdırılmış nümunədir, çünki əsl meyit əsasında yaradılıb.
techcult.ru saytının məlumatında bildirilir ki, real cəsəd qat-qat (dəri, əzələlər, arteriyalar və s.) yarılıb. Sözügedən şirkətin istehsal etdiyi “Artec 3D” üçölçülü skaneri hər bir qatın rəqəmsal obrazlarını yaradıb. Sonra onlar xüsusi proqram təminatında bir yerə toplanıb.
İlk olaraq, bədənin iki əsas hissəsi – boyun və çanaq sümüyünün modelləri yaradılıb. Növbəti mərhələdə cəsədin əl və ayaqlarının skan edilməsi və rəqəmsallaşdırılması planlaşdırılır. Virtual cəsəd cari ilin sonunda tələbələrin istifadəsinə veriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.