Tamaşaçı beyin impulslarının köməyilə filmin süjetinə nəzarət edə biləcək.
Bu yaxınlarda “The Moment” adlı 27 dəqiqəlik qeyri-adi film təqdim olunacaq. Qısametrajlı elmi-fantastik filmdə hadisələr neyrointerfeyslərin geniş yayıldığı yaxın gələcəkdə baş verir. Bu neyrointerfeyslər informasiyaya sürətli çıxış verməklə yanaşı, insanların düşüncələrini izləyir. Süjet haqqında başqa heç nə məlum deyil, çünki başlanğıcdan sonra baş verən hadisələrə tamaşaçı nəzarət edəcək. Filmin gedişatı, musiqi müşayiəti və hətta montaj – bunları sadəcə düşünməklə dəyişdirmək mümkün olacaq.
Rejissor Riçard Remçern texnologiyanın reallaşdırılması üçün beyin fəallığını qeydə alan adi şlemdən istifadə etmişdir. Devaysın qiyməti 100 dollar təşkil edir. Artıq texnologiyanın ilk sınaqları keçirilib. Sınaq zamanı, tamaşaçı filmi izləyərkən darıxmağa başladıqda musiqi dəyişilmiş, hadisələr isə baş qəhrəmanla bağlı olan əsas süjet xəttinə keçmişdir. Bundan başqa, tamaşaçıdan asılı olaraq, səhnələr, onların sırası və keçidlər dəyişilmiş, əsas hadisələr isə müxtəlif vaxtlarda baş vermişdir.
hi-news.ru saytının məlumatına görə, 27 dəqiqəlik film üçün 101 trilyon müxtəlif hadisə və onların variasiyası çəkilmişdir. Bu maraqlı texnologiya uğur əldə edərsə, kino sənayesi əhəmiyyətli dərəcədə dəyişə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.