Mayın 11-də Azərbaycan Tərcümə Mərkəzinin dil və tərcümə işinin təkmilləşdirilməsi, ölkədə fəaliyyət göstərən dil və tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində keçirdiyi seçim turlarından (ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələr üzrə) uğurla keçmiş 20-dən çox tərcüməçiyə sertifikatlar təqdim olunub.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Səbinə Məmmədzadə informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə (Azərbaycan-ingilis, ingilis-Azərbaycan dilinə tərcümə) şifahi və yazılı seçim turlarından müvəffəqiyyətlə keçərək sertifikata layiq görülüb.
Qeyd edək ki, hazırkı turlar yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan tərcümə akkreditasiyasının ilkin mərhələsidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.