Cənubi Avstraliya Universitetinin tədqiqatçıları insanın gözlərindən onun xarakterini müəyyən edə bilən süni intellektin yaradılması üçün maşın təlimi metodunu tətbiq ediblər.
meddaily.ru saytının məlumatına görə, tədqiqatda 42 tələbə iştirak edib. Könüllülər onların göz hərəkətlərini izləyən qurğuları daşıyıblar. İştirakçılar, həmçinin şəxsiyyətin əsas xüsusiyyətlərinin (nevrotizm, ekstravertlik, vicdanlılıq, səmimilik və mülayimlik) qiymətləndirilməsi üçün nəzərdə tutulmuş sorğu anketlərini doldurublar.
Tədqiqat nəticəsində məlum olub ki, nevrotiklər gözlərini daha sürətlə qırpırlar, səmimi insanlar daha tez-tez ətrafa baxırlar, vicdanlı insanların isə göz bəbəklərinin ölçüsü nəzərəçarpacaq dərəcədə dəyişir. Bundan başqa, alimlər optimistlərin pessimistlərlə müqayisədə, neqativ emosiyalara səbəb olan görüntülərə daha az baxdıqlarını təyin ediblər. Kompüter mülayim, vicdanlı, ekstravert və hər şeylə maraqlanan insanları daha dəqiq müəyyən edib. Mütəxəssislər texnologiyanın təkmilləşdirilməsi üzərində çalışırlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.