Tamamilə avtomatlaşdırılmış ilk restoran açılıb

08 May 2018 - 12:51 | Maraqlı məlumatlar
Tamamilə avtomatlaşdırılmış ilk restoran açılıb

Massaçusets Texnologiya İnstitutunun tələbələri və “Michelin”in sahibi, baş aşbaz Daniel Bulud tamamilə avtomatlaşdırılmış ilk restoran açıblar.

hi-news.ru saytının məlumatına görə, robotlar restorana gələn müştərilərin sifarişi ilə müxtəlif təamlar hazırlamağa başlayırlar. Müəssisədə yeməklərin qızdırılması üçün maqnit induksiyasının köməyilə qızan lövhədən istifadə olunur.

Ziyarətçilər mətbəxdə robotların yeməkləri necə hazırladıqlarını görə bilərlər. Restoranda 2 aşbaz robotların işini izləyir və təamları süfrəyə təqdim edir. Bir çox restoran tənqidçiləri robotlar tərəfindən hazırlanmış yeməklərin dad keyfiyyətlərini “kifayət qədər yüksək” qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.