AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Elsevier” nəşriyyatının “Journal of Network and Computer Applications – JNCA”nın (“Şəbəkə və Kompüter Tətbiqləri” jurnalı) rəyçi sertifikatına layiq görülüb.
“Thomson Reuters” siyahısına daxil olan bu jurnalda kompüter şəbəkələri və tətbiqləri elminin bütün sahələrinə dair tədqiqat materialları, icmal və qısa məqalələr nəşr olunur.
JNCA jurnalının əsas elmi istiqamətlərinə kompüter şəbəkələri, İnternet protokolları üçün təkmilləşdirilmiş standartlar, simsiz şəbəkələr, mobil texnologiyalar, bulud texnologiyaları, qrid texnologiyaları, sensor şəbəkələri, Əşyaların İnterneti, şəbəkə sistemlərinin teletibbdə tətbiqi, kompüter və şəbəkə təhlükəsizliyi daxildir.
Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:
Impact Factor: 3.500
5-Year Impact Factor: 3.492
Source Normalized Impact per Paper (SNIP): 2.509
CiteScore: 4.42
SCImago Journal Rank (SJR): 0.807
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.