Sahibinin qolunu ekrana çevirən qurğu hazırlanıb

02 May 2018 - 12:03 | Texnoloji yeniliklər
Sahibinin qolunu ekrana çevirən qurğu hazırlanıb

“Carnegie Mellon’s Future Interfaces Group”un istehsalçıları sahibinin qolunu ekrana çevirən qurğu hazırlayıblar.

robo-hunter.com saytının məlumatında bildirilir ki, “LumiWatch”un iş prinsipi lazer proyeksiyasına əsaslanır. O, sahibinin qolunda virtual “touchscreen” yaradır. Qurğunun köməyilə “ağıllı” saatın bütün funksiyalarından asanlıqla istifadə etmək olar.

İstehsalçıların sözlərinə görə, ekran insan bədəninə tam uyğunlaşdırılıb. Hazırda onlar qurğunun daha da təkmilləşdirilməsi üzərində çalışırlar. Hələ ki, “ağıllı” saatın satışa çıxarılma tarixi və qiyməti barədə məlumat verilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.