Robot mer vəzifəsinə namizədliyini irəli sürüb

01 May 2018 - 16:30 | Maraqlı məlumatlar
Robot mer vəzifəsinə namizədliyini irəli sürüb

Yaponiyanın Tama şəhərində yerli siyasətçilərlə yanaşı, Miçixito Matsuda adlı robot da mer vəzifəsinə namizədliyini irəli sürüb.

robo-hunter.com saytının məlumatına görə, namizəd qərarların qəbulu zamanı şəhər sakinlərinin fikirlərini nəzərə alacağını vəd edib. O, həmçinin irəli sürülmüş bütün petisiyaları təhlil edəcəyini və onların insanlara təsirini qiymətləndirəcəyini bildirib.

Robotun mer olması ideyası onun yaradıcıları – “SoftBank” mobil provayderinin vitse-prezidenti Tetsuzo Matsuda və “Google”un keçmiş əməkdaşı Norio Murakamiyə aiddir. Onlar bütün şəhər boyunca təşviqat materiallarını yerləşdirməklə seçkiqabağı kampaniya təşkil ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.