İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ən müasir terminlər araşdırılır

01 May 2018 - 09:52 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 5 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbənin əməkdaşı Südabə Abasova “İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə seçilmiş ən müasir terminlər”in müzakirəsinə dair məruzəsini təqdim etdi.

O, ekspress-informasiya kitabçasının 4-cü hissəsi üçün təqdim olunmuş lüğətdə informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə terminlərin toplandığını diqqətə çatdırdı. Bildirdi ki, buraya alqoritmləşdirmə, proqram mühəndisliyi, informasiya təhlükəsizliyi, informasiya sistemləri, GPS texnologiyalar, vikipediya, 3D texnologiyalar, İnternet, sosial şəbəkələr, bulud texnologiyaları və s. istiqamətlər aiddir.

S.Abasova həmin terminlərin Azərbaycan, ingilis və rus dillərində izahının verildiyini və onların əsasında krossvordların hazırlandığını qeyd etdi.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı və suallar cavablandırıldı. İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ən yeni terminlərin toplanması, seçilmiş ən müasir terminlərin “Yeni terminlər bazası”na daxil olunması tövsiyə olundu.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.