Tremor – səbəbi məlum olmayan hərəkət pozğunluğudur. Bu patologiya adətən, əllərin və ya barmaqların titrəməsi ilə özünü göstərir. Bəzən baş, səs telləri və bədənin başqa hissələrinin də titrəməsi müşahidə olunur.
meddaily.ru saytının məlumatına görə, ABŞ-ın Kanzas Universitetinin alimləri əllərin titrəməsini azaldan unikal bilərzik hazırlayıblar. Yeni qurğunun sınaqlarında iştirak üçün 130 pasiyent dəvət edilib. Bilərzik əllərin titrəməsinə səbəb olan neyron fəallığının qarşısını almaq üçün biləkdə median və radial sinirlərə impulslar ötürür. Qadcet sayəsində sınaq iştirakçılarının əllərinin titrəməsi 65 faiz azalıb.
Hazırda alimlər qurğunun təkmilləşdirilməsi üzərində çalışırlar. Onun satışa çıxarılma tarixi və qiyməti barədə hələ ki, məlumat verilmir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.