AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev elmi ekspertiza fəaliyyətinə görə ABŞ-ın “Computer Speech and Language” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı ilə təltif edilib.
Qeyd edək ki, “Elsevier” elmi bazasına daxil olan yüksək impakt faktorlu “Computer Speech and Language” jurnalı nitqin və dilin tanınması, kodlaşdırılması və mayninqi sahəsində dünyanın aparıcı jurnallarındandır.
Jurnalın elmmetrik göstəriciləri aşağıdakı kimidir:
1) Impact Factor: 1.900
2) 5-Year Impact Factor: 1.938
3) Source Normalized Impact per Paper (SNIP): 1.750
4) SCImago Journal Rank (SJR): 0.536
5) CiteScore: 2.67
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.