AMEA İnformasiya Texnologiyaları İnstitutunun Gənc alim və mütəxəssislər şurasının üzvləri, institutun baş mütəxəssisi Oqtay Ələkbərov və Məlikhəsən Vəliyev aksiyada iştirak ediblər.
Aprelin 19-da Abşeron rayonu Saray qəsəbəsində inşa edilən “Science City” yaşayış kompleksinin ətrafında iməcilik və ağacəkmə aksiyaları keçirilib. Aksiyada AMEA-nın İşlər İdarəsi, Azad Həmkarlar İttifaqı, eləcə də akademiyanın digər elmi müəssisə və təşkilatlarının nümayəndələri və Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak ediblər.
Onlar öncə “Science City” yaşayış kompleksində aparılan tikinti və abadlaşdırma işləri ilə tanış olublar. Bildirilib ki, ekoloji təmiz ərazidə yerləşən kompleksdə müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət, məktəb, uşaq bağçası və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin istifadəyə verilməsi nəzərdə tutulur.
Sonra təşkil edilmiş ekoloji aksiyada şam, sərv kimi ağaclar daxil olmaqla, 700-dən çox ağac əkilib, ərazidə təmizlik işləri aparılıb, yaşıllaşdırma və ətraf mühitin sağlamlaşdırılması kampaniyaları çərçivəsində bir sıra tədbirlər həyata keçirilib.
Məlumat üçün qeyd edək ki, AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən “Science City” yaşayış kompleksinin həyəti və ətrafında böyük parkların salınması, 1, 2 və 3 otaqlı mənzillərin müasir dizaynda və yüksək keyfiyyətlə tikilməsi planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.