Almaniyanın Maks Plank adına İnformatika İnstitutu və Braunşveyq Texniki Universitetinin tədqiqatçıları videogörüntü əsasında insanın 3D-modelini yarada bilən süni intellekt texnologiyası hazırlayıblar.
robo-hunter.com saytının məlumatına görə, model insanın 360 dərəcə döndüyü qısa video vasitəsilə yaradılır. Neyroşəbəkə ilk növbədə, silueti fondan ayırır, sonra oynaqların vəziyyətini müəyyən edərək modeli yaradır, saç və geyimin teksturları ilə onu detallaşdırır.
İstehsalçılar qeyd ediblər ki, süni intellekt hələ ki, modelləri 5 mm orta dəqiqliklə yaradır. Hazırda mühəndislər ətək və uzun saçlarla əlaqədar çətinliklərin aradan qaldırılması ilə məşğuldurlar. Hazır modelləri redaktə etmək, hərəkət etdirmək və onların geyimini dəyişmək mümkündür. Texnologiyanın 2018-ci ilin iyun ayında “Kompüter görməsi və obrazların tanınması” (Computer Vision and Pattern Recognition – CVPR) konfransında təqdim edilməsi planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.