ABŞ alimləri su altında iş üçün robot ixtira ediblər

16 Aprel 2018 - 10:00 | Texnoloji yeniliklər
ABŞ alimləri su altında iş üçün robot ixtira ediblər

ABŞ alimləri su altında işləmək üçün robot ixtira ediblər. “SwarmDiver” adlı robot su anbarlarının monitorinqi üçün nəzərdə tutulub. Avtomatlaşdırılan çox sayda mexanizm vahid sistem kimi idarə olunur. Kompleks suyun altında 50 metrə qədər dərinlikdə əmrləri yerinə yetirə bilər. O, kənd təsərrüfatında, həmçinin müdafiə məqsədi ilə tətbiq edilə bilər.

belta.by saytının məlumatına görə, sistemi suya həm sahildən, həm də gəmi vasitəsilə salmaq mümkündür.

“SwarmDiver”in hər bir elementi 74 santimetr uzunluğa və iki motora malikdir. Robot saniyədə 2,2 metr sürət toplaya, həmçinin suya enə bilər. Akkumulyatorun həcmi su altında 2,5 saat işləməyə, 7 kilometr məsafə qət etməyə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.