Virtual reallıq, dronlar və avtonom avtomobillər üçün JPEG XS formatı təqdim olunub

12 Aprel 2018 - 10:00 | Maraqlı məlumatlar
Virtual reallıq, dronlar və avtonom avtomobillər üçün JPEG XS formatı təqdim olunub

Joint Photographic Experts Group (JPEG) və Lozanna Federal Politexnik Məktəbinin professorları (EPFL) yeni JPEG XS formatını təqdim ediblər. O, daha az enerjidən istifadə edərək təsvirləri sıxmağa və yüksək keyfiyyətli təsvirləri 5G kimi az ləngiməyə malik şəbəkələr vasitəsilə göndərməyə imkan verir. JPEG XS virtual və əlavə reallıq, kosmik vizuallaşdırma, özü idarə olunan avtomobillər və filmlərin peşəkar redaktəsi kimi sahələrdə öz tətbiqini tapacaq.

hi-news.ru saytının məlumatına görə, EPFL mühəndislik məktəbinin professorları – Turac Ebrahiminin rəhbərlik etdiyi qrup təsvirlərin sıxılmasının yeni standartını təqdim edib.

Sıxma prosesinin sadələşdirilməsi və sürətləndirilməsi nəticəsində təsvir və videolar JPEG XS vasitəsilə yüksək keyfiyyət səviyyəsini dəstəkləyə biləcəklər. Sıxılmış fayllar daha böyük həcmə malik olsa da, bu, Wi-Fi və ya 5G kimi məlumatların ötürülməsinin genişzolaqlı şəbəkələri üçün problem təşkil etmir.

Bu o deməkdir ki, saniyələr ərzində smartfon, planşet və ya kompüteri HD film və ya video oyunların böyük ekrana proyeksiyalanması üçün istifadə etmək mümkün olacaq. Bunun üçün heç bir kabel lazım olmayacaq, şəklin keyfiyyəti isə olduqca yüksək olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.