Tokioda Kibercinayətkarlıqla Vahid Mübarizə Mərkəzi öz işinə başlayıb. Mərkəz Tokio Polis İdarəsinin bazasında fəaliyyət göstərəcək. Yeni strukturda 500 müstəntiq və analitik işləyəcək.
belta.by saytının məlumatında bildirilir ki, virtual məkanda cinayətlər üzrə ekspertlər polis və digər təhlükəsizlik xidmətlərinin müxtəlif bölmələrində yerləşdirilmişdilər. İndi artmaqda olan belə cinayət halları ilə mübarizəni gücləndirmək məqsədilə onları bir yerə toplamağa dair qərar verilib.
“Kiodo” informasiya agentliyinin məlumatına əsasən, 2017-ci ildə Yaponiyada kompüter informasiyası, o cümlədən şəxsi məlumatların oğurlanması ilə bağlı 3 milyondan çox fakt qeydə alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.