Yanğın əleyhinə divar kağızları xüsusi elektrik keçiriciliyinə malik materialdan yaradılıb. Belə materialın parçasına quraşdırılmış, qrafendən hazırlanmış sensor səsli siqnalizasiyanı işə salır.
hi-tech.mail.ru saytının məlumatına görə, Şanxay Keramika İnstitutunun alimləri material kimi hidroksiapatitdən istifadə ediblər. Bu maddə sümük və dişlərin əsas komponentini təşkil edir. Hidroksiapatit kifayət qədər kövrək və bərk maddədir. Lakin alimlər bu materialdan divar kağızlarının yaradılması üçün kifayət qədər elastik olan çox uzun nanoborular düzəltməyə müvəffəq olublar.
“Bizim divar kağızlarımız möhkəm və elastikdir, onları istənilən kimi boyamaq mümkündür. Onlar oda, istiliyə davamlıdır və təhlükə haqda xəbərdarlıq edirlər”, – deyə tədqiqat qrupunun rəhbəri Yin Çje Çju bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.