Nitqi mətnə çevirən proqram hazırlanıb

07 Mart 2018 - 13:50 | Texnoloji yeniliklər
Nitqi mətnə çevirən proqram hazırlanıb

İspaniyanın Barselona şəhərində keçirilən, mobil sənayenin ən böyük sərgisi olan “Mobile World Congress 2018”də nitqi mətnə çevirən proqram təqdim olunub.

techcult.ru saytının məlumatına görə, bu kimi proqramların ümumi çatışmazlığı mətnin qeyri-dəqiqliklə tərtib edilməsidir. Keyfiyyətli proqramlar isə yüksək qiymətə malikdir. “Otter” onlardan real vaxt rejimində nitqi mətnə çevirən süni intellektlə təchiz edilməsi ilə fərqlənir. Süni nitqin sintezi üçün artıq perspektivli alqoritmlər yaradılıb ki, sözügedən proqram da onlara əsaslanır. Bu alqoritmlərdən biri də yüksək dəqiqliyi ilə seçilən “Google DeepMind”dır.

Süni intellektə əsaslanan ödənişsiz proqram “Yazı” düyməsini sıxmaqla işə başlayır. İstifadəçi danışmağa başladıqda smartfonun ekranında mətnin ilkin variantı meydana çıxır. Fikir tamamlandıqdan sonra süni intellekt mətni redaktə edir. “Otter” müsahibə zamanı mətni aydın replikalara bölərək, hər iki iştirakçını müəyyən edir. Bunun üçün müsahibə alan şəxs dialoqa başlamazdan əvvəl mikrofona bir neçə cümlə söyləyərək, öz “səs izi”ni qeyd etməlidir.

Proqramın çatışmazlıqlarına durğu işarələrinin qoyulması ilə bağlı çətinlikləri, izdihamlı yerlərdə və ya səs-küylü məkanlarda işləmə problemlərini aid etmək olar. İstehsalçılar proqramı zamanla təkmilləşdirərək bu kimi problemləri aradan qaldıracaqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.